İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında Rusiyanın “Milur İS” MMC şirkətinin bir qrup əməkdaşı ilə görüş keçirilib.
Eləcə də bax: Azərbaycanda istilik və isti su təchizatı xidmətləri sayğaclaşdırılacaq - SƏRƏNCAM
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada iş adamları üçün yaradılan şərait, mövcud investisiya imkanları barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.
Şirkət nümayəndələri təmsil etdikləri korporasiyanın fəaliyyətindən danışıb, sənaye zonasında elektrik sayğaclarının istehsalı layihəsinin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlərlə tanış olublar.