Rusiya hərbçiləri Kiyev vilayətində "Coca-Cola" zavodunu atəşə tutub.
FED.az xəbər verir ki, nəticədə zavodun arxa hissəsi qismən dağılıb, avadanlıqlar sıradan çıxıb.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Teleqramda məlumat verib.
"Bolşaya Dımerka yaxınlığında "Coca-Cola" zavodu atəşə tutulub. Kogenerasiya qurğusu zədələnib”, - məlumatda deyilir.
Ölən və yaralananlar barədə məlumat yoxdur.