Söyüdlü kəndində baş verən hadisələr və Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti (AAM) tərəfindən Gədəbəy müqavilə sahəsində (Azərbaycanın qərbində) flotasiya üsulu ilə filiz emalı qurğusunun işini və hasilatı dayandırılması şirkətə böyük ziyan vurub.
AAM “Qızılbulaq” və “Demirli” yataqlarına çıxış əldə etmək üçün Qarabağdakı vəziyyəti izləyir
FED.az xəbər verir ki, bunu Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan "Anglo-Asian Mining Plc." şirkətinin baş direktoru Reza Vəziri brifinqdə deyib.
O bildirib ki, buna səbəb şirkətin London birjasındakı səhmlərinin dəyərinin artdığı zaman baş verməsidir: "Hazırda qiymətlərdə 80 % azalma müşahidə olunur. Düşünürəm ki, şirkətə böyük ziyan dəysə də, bu, bizim bazardan çıxmağımıza səbəb deyil və yenidən birjalarda səhmlərin qiymətlərini artırmaq üçün çalışacağıq".
Şirkətin məlumatına görə, flotasiya qurğusunun müvəqqəti dayanması avqust ayında mis istehsalının təxminən 400 ton mis və qızıl istehsalının 300 unsiya azalmasına səbəb olacaq.
“Anglo Asian Mining PLC” flotasiya qurğusunun işinin 2024-cü ildən tez bərpa olmayacağını ehtimal edir.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir. (Report)