FED.az xəbər verir ki, Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti (AAM) “Qızılbulaq” qızıl və “Demirli” mis-molibden yataqlarına çıxış əldə etmək üçün Azərbaycanın Qarabağ iqtisadi rayonundakı vəziyyəti izləyir.
Söyüdlüdəki zavodun fəaliyyətini bərpa etməsinin şərtləri - AÇIQLANDI
"Mətbuatda Azərbaycan hökumətinin müqavilə ərazilərimizdə yerləşən Dəmirli/Qızılbulaq mədəninə nəzarəti geri qaytardığı barədə məlumatlar yayılıb. Biz Qarabağdakı son hadisələri yaxından izləyirik və səhmdarları məlumatlandıracağıq”, - deyə şirkət bildirir.
Şirkət qeyd edir ki, Azərbaycan hakimiyyətindən “Qızılbulaq” və “Dəmirli” yataqlarına çıxış üçün icazəyə ümid edir.
«Hökumət şirkətin kəşfiyyat və faydalı qazıntılar aparmaq üçün regiona fiziki girişini təmin edilməsinə şərait yaradacaq», - AAM qeyd edir.
“Anglo Asian Mining PLC”-nin məlumatına görə, 462 kv. km sahəsi olan “Qızılbulaq» müqavilə sahəsi bir neçə mədənə malikdir və kəşfiyyat üçün əla potensiala malikdir, «bölgədə çox sayda faydalı qazıntı yataqlarının və məlum obyektlərin olması bunu sübut edir”.
«Qızılbulaq” mis-qızıl mədənində bir neçə il əvvəl bağlanmadan öncə illik 35 min unsiyaya qədər qızıl hasil edildiyi barədə məlumatlar var, bu da qızılın minerallaşması sisteminin mövcudluğunu göstərir», - məlumatda bildirilir.
“Dəmirli” müqavilə sahəsi Azərbaycanın Qarabağ iqtisadi rayonunda “Qızılbulaq” müqavilə sahəsinə (Tərtər rayonunda - İF) bitişikdir, bu da işlənmə zonasının şimal-şərq istiqamətində genişləndirilməsinə imkan verəcək. “Dəmirli” 74 kv. km ərazini əhatə edir. Bu müqavilə sahəsinə “Dəmirli” mis-molibden yatağı daxildir. 2016-cı ilin yanvar ayına olan təsdiqlənməmiş məlumatlara görə, yatağın tərkibində təxminən 275 min ton mis və 3,2 min ton molibden var.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4% - İF), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb. (İnterfaks-Azərbaycan)