Ölkəmizin sənaye zonalarının rezidentləri tərəfindən indiyədək 12,1 mlrd. manatlıq məhsul istehsal edilib və bunun 32,2%-i ixraca yönəlib. 2023-cü ildə sənaye zonalarının rezidentləri tərəfindən məhsul satışı 2022-ci illə müqayisədə 12,5% artaraq 3,3 mlrd. manata çatıb və bunun 989 mln. manatı ixracın payına düşüb. Bu dövr ərzində sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında xüsusi çəkisi 18,6%, ixracında isə 23,6% təşkil edib.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.