Bu günə qədər sənaye zonalarının rezidentləri tərəfindən 6,4 milyard manat, o cümlədən, 2021-ci il üzrə 247,7 milyon manat investisiya yatırılıb, 9 700-dən çox iş yeri yaradılıb.
Eləcə də bax: "Azərbaycanın sənaye zonalarında istehsal 88% artıb"
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
"Mövcud layihələr üzrə əlavə olaraq 370 milyon manatdan çox investisiyanın yatırılması və 2 400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur", - nazir qeyd edib.
Qeyd edək ki, Azərbaycanda 7 sənaye parkı yaradılıb - Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı , Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı və Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı.