İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanın sənaye məhəllələrində müəssisələrə ümumi investisiya qoyuluşları 73 milyon manatı ($43 milyon) ötüb.
Eləcə də bax: Azərbaycanda sənaye istehsalı - 4%-ə Yaxın Azalıb
FED.az xəbər verir ki, “Hazırda mövcud sənaye məhəllələrinə 73 milyon manatdan çox investisiya yatırılıb, 286 iş yeri açılıb. Rezidentlər 96 milyon manatdan artıq məbləğdə məhsul satışı həyata keçiriblər”, - deyə Cabbarov bildirib.
Azərbaycanda 4 sənaye məhəlləsi (Neftçala, Masallı, Hacıqabul, Sabirabad) fəaliyyət göstərir.
Sənaye məhəllələrində həyata keçirilən layihələr üzrə investisiyaların ümumi həcmi 103 milyon manat təşkil edəcək. (İnterfaks)