Yanvarın 30-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransı keçirilib.
Ölkəmizin ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu sınaq rejimində istifadəyə verilib - FOTOLAR
FED.az xəbər verir ki, mətbuat konfransında, həmçinin “AzerBlast” MMC-nin icraçı direktoru Rizvan Baxşiyev ötən il Gəncə şəhərində inşa olunan Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunun sınaq rejimində fəaliyyəti barədə məlumat verib.
Qeyd olunub ki, illik istehsal gücü 31.5 min ton həcmində qiymətləndirilən zavod müasir istehsalat texnologiyaları, yüksək təhlükəsizlik və ekoloji normalar əsasında qurulub. Müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri ANFO və Heavy ANFO-nun istehsalı həyata keçirilir. Bildirilib ki, fəaliyyətin ilkin mərhələsində zavodda yerli tələbat və ixrac potensialları qiymətləndirilməklə illik 14 min ton partlayıcı maddələrin istehsalı nəzərdə tutulub.
Qarşıdakı illərdə Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin istehsal edilən maddələrin ixrac potensialı nəzərə alınaraq, zavodun illik istehsal həcminin maksimal həddə – 31.5 min tona çatdırılması planlaşdırılır.