“Neqsol Holding”in törəmə şirkəti olan “Norm” ASC rəsmi ünvanını dəyişdirib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu günə qədər Bakı şəhəri Səbail rayonu, Qüllə, ev 20 ünvanında hüquqi olaraq dövlət qeydiyyatına alınsa da, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan Şossesi, ev 7-ci km1 ünvanında rəsmi qeydiyyata alınıb.
Xatırladaq ki, “Norm” ASC sement istehsalı ilə məşğuldur və 161.96 milyon manat nizamnamə kapitalına sahibdir. Şirkətin hazırda zavodu da Qaradağ rayonunda yerləşir.