"Göygöl Şərab Zavodu" ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
Eləcə də bax: Azərbaycan şərabının 80%-i Rusiyaya ixrac olunur - MÜSAHİBƏ
FED.az hesabata istinadən xəbər verir ki, ötən il zavodun xalis mənfəəti kəskin azalıb.
Belə ki, 2021-ci ildə ASC-nin əsas əməliyyat gəlirləri 17,6 milyon manat (2020-ci ilə nisbətən 15,3% az), icarə gəlirləri 1,2 milyon manat (dəyişməyib), ümumi əməliyyat gəlirləri 18,8 milyon manat (14,5% az), əməliyyat xərci 18,1 milyon manat (5,7% az), əməliyyat mənfəəti isə 717,4 min manat (3,8 dəfə az) təşkil edib.
"Göygöl Şərab Zavodu"nun vergitutmadan əvvəlki mənfəəti 331,6 min manat (5 dəfə az), mənfəət vergisi ödəmələri isə 123,9 min manata (2 dəfə az) bərabər olub. Nəticədə, Zavod ötən ili 207,6 min manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 6,8 dəfə azdır. Halbuki, Şərab Zavodu 2020-ci ildə 1,7 milyon manat xalis mənfəət açıqlamışdı.
Bu ilin yanvarın 1-nə ASC-nin cəmi aktivləri 7% artaraq 58 milyon manata, cəmi öhdəlikləri 33,3% artaraq 14,4 milyon manata, cəmi kapitalı isə 0,5% artaraq 43,6 milyon manata yüksəlib. (Apa)