Azərbaycanda şüşə ixracı zamanı tətbiq olunan gömrük bəyannaməsi ixracatçılara böyük əngəl yaradır.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenri “Azerfloat” QSC-nin baş direktoru Emil Həsənov bildirib.
"Bugünkü qiymətlərlə dövriyyənin 4-4,5 %-i bəyannaməyə xərclənir. Yaxşı olardı ki, şüşə ixracına subsidiya verilsin. Özbəkistanda dövlət şüşə ixracının xərcinin bir hissəsini öz üzərinə götürüb", - deyə o qeyd edib. (Report)