Türkiyənin "Gökbey" helikopterlərinin ehtiyat hissələri Azərbaycanda istehsal oluna bilər.
Eləcə də bax: Nazir: “Akıncı” PUA-sının Azərbaycanla birgə istehsalı üzrə danışıqlar gedir”
FED.az xəbər verir ki, bunu Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Baş direktoru Temel Kotil deyib.
O bildirib ki, bu gün "Texnofest Azərbaycan"da nümayiş etdirilən "Gökbey" helikopterlərinin kütləvi istehsalına artıq başlanılıb: "Azərbaycana da bu helikopterlərin alınmasını təklif edirik. Tamamilə yerli istehsal olan bu helikopterlərin bəzi hissələri sonradan Azərbaycanda da hazırlana bilər. Sözügedən helikopterin hazırlanmasında təcrübəmizi də bölüşməyə hazırıq" - o qeyd edib. (Apa)