"Yaşma Quşçuluq" şirkətinin Xızı rayonu ərazisində inşa etdiyi istehsal binasının istismara verilməsinə maneələr yaradılır.
Azərbaycan Çinə toyuq əti ixrac edəcək
FED.az xəbər verir ki, bunu "Yaşma Quşçuluq" müəssisəsinin rəhbəri Mahir Mirzəyev bildirib.
"Biz o binanı özbaşına deyil, Xızı rayon İcra Hakimiyyətinin 21 dekabr 2011-ci il 139 nömrəli sərəncamına əsasən aparmışıq. Dövlət orqanının verdiyi sərəncama güvənərək bu əraziyə külli miqdarda vəsait yatırıb, infrastruktur qurub, istehsal prosesi yaratmışıq. Bu istehsal prosesi ölkəmizin ərzaq təminatında mühüm yerə sahibdir. Təsərrüfatda 180 nəfər insan işləyir. FHN-in qərarı dəyişməsə, təsərrüfatımız məhv olacaq, həmin insanlar isə işsiz qalacaq”.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli də Fövqəladə Hallar Nazirliyinin tikintisi başa çatmış istehsal binalarının istismara qəbulu üçün verdiyi müayinə aktına görə tələb olunan xidmət haqqı məbləğinin çox yüksək olduğunu, sahibkarlar üçün ağır maliyyə yükü yaratdığını bildirib. Onun sözlərinə görə, tələb olunan məbləği ödəyə bilməyən sahibkarların müəssisələrində istehsal prosesi pozulur, inkişaf proqramlarının icrası ləngiyir, bu isə son nəticədə ölkə üzrə quşçuluğun inkişafına mane olur.