ABŞ-nin aviasiya, kosmik və hərbi texnika istehsalında ixtisaslaşan “Boeing” korporasiyası böhranı dayandırmaq üçün təyyarə istehsalını azaldır.
"Boeing" 10 milyard dollarlıq kreditlə maliyyə çətinliklərini dəf etməyə çalışır
FED.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Korporasiyanın yeni baş direktoru Kelli Ortberq təyyarə istehsalını azaltmaqla şirkətdəki böhranı dayandırmaq qərarına gəlib.
Şirkət rəhbərliyi artıq hər bir bölməsinin vəziyyəti ilə bağlı hesabatları təhlil edib və yekun qərarını verib. Nəşr vurğulayır ki, keçən həftə şirkət ABŞ ordusu üçün avadanlıq istehsal edən kiçik müdafiə törəmə müəssisəsini satmaq barədə razılığa gəlib.
Payızın əvvəlində şirkət 737, 767 və 777 təyyarələri üçün sifarişlərin azaldılması barədə xəbərdarlıq etmişdi. Bununla yanaşı, oktyabrın 12-də korporasiya biznesdəki çətinliklər səbəbindən işçi qüvvəsinin təxminən 10 %-ni ixtisar etməyə qərar verib. (Report)