Dövlətə məxsus "Azərizolit" MMC-nin direktoru Şaiq İsmayılov vəzifəsindən azad edilib.
Dövlət şirkətinin Reklam Departamentinə yeni rəhbər təyin olunub
FED.az xəbər verir ki, şirkətə rəhbərlik Yeganə Nuruyevaya həvalə olunub.
O, bundan əvvəl də - 2024-cü ilin fevral ayına qədər "Azərizolit"ə rəhbərlik edib.
Nizamnamə kapitalı 10 milyon manata yaxın olan "Azərizolit" 2023-cü ilin avqust ayına qədər "ASK İzolit" adı ilə fəaliyyət göstərib. “ASK İzolit” 2018-ci ildə Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılıb. Müəssisə elektroizolyasiya materialları istehsal edir. (Report)