Cari ildə "AzerGold" QSC 61 074 unsiya qızıl və 122 147 unsiya gümüş hasil edilməsini hədəfləyir.
Eləcə də bax: “AzerGold” 5 ildə qızıl və gümüş satışından 755 mln manatdan çox vəsait - CƏLB EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Onun sözlərinə görə, aparılan axırıncı tədqiqatlar nəticəsində məlum olub ki, "Çovdar" yatağındakı sata bilinəcək qızıl ehtiyatı 179 min unsiyadan (2016-cı ilin proqnozu) 212 min unsiyaya qədər yüksəldilib.
Xatırladaq ki, 2021-ci ildə şirkət ölkədə 61,5 min unsiya qızıl və 134,4 min unsiya gümüş hasil edib. Bu, illik müqayisədə müvafiq olaraq 2,5% və 10,9% çoxdur.