‘’Azərbaycan Sənaye Korporasiyası’’ ASC-nin (ASK) Strateji inkişaf və kommersiya departamentinə direktor müavini təyin olunub.
Eləcə də bax: "Azərbaycan Sənaye Korporasiyası"nda yeni - TƏYİNAT OLUB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu vəzifə İlqar Vahabova həvalə edilib.
O, 1976-cı ildə Dəvəçi rayonunda anadan olub, 1993-1997-ci illərdə Bakı Avrasiya Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsini bakalavr pilləsində, 2004-2007-ci illərdə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq Münasibətlər” fakultəsini magist pilləsində fərqlənmə diplomu ilə bitirib.
İ.Vahabov 2006-2014-cü illərdə “Bakpet” MMC-nin direktor müavini, 2014-2019-cu illərdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə məxsus “İnnovasiyalar Mərkəzi” MMC-də müxtəlif vəzifələrdə, “Funksional yardımçı xidmətlərlə iş” şöbəsinin müdiri, daha sonra “ASAN Həyat Kompleksləri və Funksional Yardımçı Xidmətlər ilə iş” departamentinin müdiri vəzifələrində çalışıb, 2019-2020-ci illərdə “My Broker” MMC-nin Baş direktoru olub, 2021-ci ildə ASK-nın Strateji inkişaf və kommersiya departamentində Marketinq və satış şöbəsinin müdiri təyin olunub.