"Azərbaycan Sənaye Korporasiyası" ASC-ə məxsus "ASK Şüşə" MMC-nin direktoru Səməd Nəbiyev vəzifəsindən azad edilib.
Eləcə də bax: "Azərpambıq Aqrar Sənaye Kompleksi"nin rəhbərliyi - DƏYİŞİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Cüneyt Cebeciyə həvalə olunub.
Xatırladaq ki, “ASK Şüşə” Bakının Qaradağ rayonunda fəaliyyət göstərən və kredit əvəzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə girov qoyulmuş “Inter Glass” ASC-nin bazasında 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 34 677,5 min manatdır.