“Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK) ona məxsus “ASK Xidmət” və “ASK Şüşə” MMC-lərin nizamnamə kapitallarına yenidən baxıb.
Eləcə də bax: Araz Vadisi İqtisadi Zonasında yeni zavod - İNŞA EDİLƏCƏK
FED.az xəbər verir ki, “ASK Xidmət”in kapitalı 30 808 manat və yaxud 90,1 % artırılaraq 34 210 manatdan 65 018 manata çatdırılıb, “ASK Şüşə”nin kapitalı isə 4 122 122 manat və yaxud 13,2 % azaldılaraq 35 427 663 manatdan 31 305 542 manata endirilib.
Xatırladaq ki, “ASK Xidmət” 2018-ci il tarixində yaradılıb. Şirkət ASK-nın mülkiyyətində olan əmlakları idarə edir. “ASK Şüşə” isə Bakının Qaradağ rayonunda fəaliyyət göstərən və kredit əvəzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə girov qoyulmuş “Inter Glass” ASC-nin bazasında 2017-ci ildə yaradılıb. (Report)