Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining Plc" bu ilin I rübündə 14,316 mln. ABŞ dolları dəyərində 7 519 unsiya qızıl külçəsi satıb.
Eləcə də bax: Müharibəyə görə Azərbaycanda da qızıl - BAHALAŞIR
FED.az xəbər verir ki, şirkətin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni rübü ilə müqayisədə dəyər ifadəsində 49,7%, həcm ifadəsində isə 33,4% çoxdur. Bu il satılan qızıl külçələrin 1 unsiyasının orta qiyməti 1 904 dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% çoxdur.
Qeyd edək ki, ötən il şirkət 71,176 mln. dollar dəyərində 39 563 unsiya qızıl külçəsi satmışdı ki, bu da illik müqayisədə 17,7% azdır. (Apa)