Ağdam Sənaye Parkının rezidenti olan şirkət artıq ixraca başlayacaq.
FED.az xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev yanvarın 29-da ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Bu il Ağdam Sənaye Parkında fəaliyyət göstərən şirkətlərdən biri ixraca başlayacaq və ona “Made in Karabakh-heart of Azerbaijan” əmtəə nişanı təqdim ediləcək: "Bu, pilot layihə kimi icra olunacaq". -deyə icraçı direktor əlavə edib.
İşğaldan azad olunmuş ərazilərə investisiya cəlbi istiqamətində işlər görülür.
"Qarabağa da xarici investorların gətirilməsi məsələsi gündəmdədir, kifayət qədər yaxşı infrastruktur qurulub, artıq investorların o bölgəyə gətirilməsi vacibdir". - deyə Yusif Abdullayev əlavə edib.