İndiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,18 mlrd. manat olmaqla, 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i istehsal fəaliyyətinə başlayıb.
Ağdam Sənaye Parkında daha bir şirkət - 40,5 MİLYONA MÜƏSSİSƏ YARADACAQ - 300 İŞ YERİ AÇILACAQ
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Sənaye zonalarına 6,56 mlrd. manatdan çox investisiya artıq yatırılıb və 10.600-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 616 mln. manat investisiyanın yatırılması və 4800-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.