İndiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,18 milyard manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i istehsal fəaliyyətinə başlayıb.
Ağdam Sənaye Parkında daha bir şirkət - 40,5 MİLYONA MÜƏSSİSƏ YARADACAQ - 300 İŞ YERİ AÇILACAQ
FED.az xəbər verir ki, bu barədə İqtidadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
Nazir qeyd edib ki, sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya artıq yatırılıb və 10 600-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 616 milyon manat investisiyanın yatırılması və 4800-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.