Avqustun sonuna kimi Quba şəhərində Türkiyənin “Rayess” şokolad fabrikinin açılışı olacaq.
İmişlidə pivəlik arpa emalı zavodunun - TƏMƏLİ QOYULDU - FOTOLAR - YENİLƏNİB
FED.az xəbər verir ki, bunu Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov deyib.
Onun sözlərinə görə, istehsalın işə salınması üçün bütün lazımi avadanlıqlar, eləcə də, xammal artıq ölkəyə gətirilib.
"Bu fabrikin açılışı ABAD ilə tərəfdaşlığımız çərçivəsində baş tutacaq. Biz artıq lazımi avadanlıq və müvafiq xammalın alınmasına 500 min dollar sərmayə qoymuşuq. Bakıda mağaza və kofe evlərinin açılmasına daha 500 min dollar sərmayə qoymağı planlaşdırırıq. Gələcəkdə bu zavodun genişləndirilməsinə daha 10 milyon dollar sərmayə qoymağnəzərdə tuturuq".
C.Mövsümov bildirib ki, fabrikin sahəsi 1000 kvadratmetr olacaq və məhsul həm yerli bazarda, həm də xarici bazarlarda satılacaq.
“Rayess” Azərbaycanda Avropa və digər ölkələrə yük daşıyacaq logistika şirkəti də açmağı planlaşdırır. "Rayess"in bu layihəyə beş milyon dollar sərmayə qoyacağı gözlənilir. Bu vəsait yük maşınlarının alınmasına, eləcə də, digər zəruri infrastrukturun qurulmasına sərf olunacaq”, - deyə o əlavə edib. (Trend)