"Qətərin OPEC-dən çıxması siyasi səbəblərlə, yaxud başqa üzv ölkələrlə fikir ayrılıqları ilə bağlı deyil".
FED.az xəbər verir ki, bunu enerji məsələləri dövlət naziri Səəd bin Şridə əl Kəəbi mətbuat konfransında bildirib.
“Bu qərar texniki mahiyət daşıyır, Qətərin dünyada enerji daşıyıcılarının etibarlı tədarükçüsü imicini daha da gücləndirmək istəyi, həmçinin bizdəki neft hasilatı həcmini nəzərə almaqla verilib”, – nazir vurğulayıb.
Dünyada maye təbii qazın ən iri ixracatçısı mövqeyini qoruyub saxlamaq əzmində olduqlarını diqqətə çatdıran qətərli nazir həmçinin OPEC-ə göstərdikləri səylərə görə təşəkkür edib.
Qeyd edək ki, hazırda Qətərdə gündəlik neft hasilatı 620 min barelə yaxındır.
Daha əvvəl Qətər enerji məsələləri dövlət naziri 2019-cu il yanvarın 1-dən OPEC-dən çıxmaq niyyətində olduqlarını bildirmişdi.