Qazaxda fəaliyyət göstərən ölkənin ən böyük sement istehsalı müəssisələrindən olan «Qazax Sement» zavodu 2022-ci ildə sahibini dəyişib.
Buna qədər şirkətin müxtəlif təşkimlatlara, hətta öz əmək kollektivinə milyonlarla manat borcu yığılmışdı.
Cənubi Qafqazda ən böyük sənaye parkıdır - 38 rezidentdən 20-si fəaliyyət göstərir
FED.az xəbər verir ki, bu barədə Qazax rayon icra hakimiyyətindən bildirilib.
Buradan bildirilib ki, 2022-ci ildə Sement istehsalı müəssisəsinin iqtisadi vəziyyəti elə səviyyəyə çatıb ki, şirkətin büdcəyə 20 milyon dollar borcu yaranıb.
17 milyon manatlıq Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin - TƏMƏLİ QOYULDU
Bundan başqa, «Qazax Sement» zavodunun dəmir yollarına 1,8 milyon manat, qaz istifadəsinə görə 3 milyon manat, əmək kollektivinə isə 2 milyon manat borcu vardı.
İcra hakimiyyətindən bildirilib ki, müəssisənin səhibkarı dəyişdikdən sonra bura «vicdanlı sahibkar» gəlib və borcları, o cümlədən əmək kollektivi qarşısında borcları bağlayıb və indi müəssisə normal fəaliyyət göstərir.
Xatırladaq ki, vaxtilə «Qazax Sement» zavodu hazırda "Arkoz Qazax Sement Zavodu" MMC adlanır. Müəssisənin gücü, ona ildə 1.3 milyon ton sement, sutkada isə 3500 ton klinker istehsal etməyə imkan verir.
2022-ci ildə "Arkoz Qazax Sement Zavodu" MMC-nin nizamnamə kapitalı 14,7 milyon manat azaldılıb və 170 milyon manatdan 155 milyon manata düşüb.