“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.
Tezliklə Ağdam Sənaye Parkında müxtəlif istehsal müəssisələri fəaliyyətə başlayacaq - FOTOLAR
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Ağdam Sənaye Parkında da müəyyən edilmiş prioritet fəaliyyət istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.
“Hər iki sənaye parkında rezidentlər tərəfindən tikinti-quraşdırma işləri sürətlə davam etdirilir, bəzilərində hazırlıq işləri artıq son mərhələdədir, yaxın vaxtlarda bir neçə müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur. Bu il ərzində açılışı gözlənilən divar kağızlarının, bir neçə növdə ayaqqabıların, dam örtüklərinin, boru və qutu profillərin, havalandırma, yanğınsöndürmə avadanlıqlarının, müxtəlif metal məmulatların, elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının, həmçinin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı müəssisələrini misal göstərə bilərik", - S. Adıgözəlov bildirib. (Report)