"Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ilk dəfə olaraq “Holcim Azerbaijan” ASC tərəfindən geobrick kərpiclərdən istifadəyə başlanılıb. Hazırda şirkət tərəfindən inzibati binanın tikintisində bu kərpiclərdən istifadə edilir.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır - FOTOLAR
FED.az İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına istinadən xəbər verir ki, növbəti mərhələdə sözügedən kərpiclərdən işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində geniş istifadə olunması nəzərdə tutulur.
Qeyd edək ki, “Holcim Azerbaijan” ASC tərəfindən Azərbaycanda geobrick kərpiclərin istehsalına ilk dəfə başlanılıb.