Qarabağ müharibəsindən sonra dünyanın Azərbaycanın hərbi texnikalarına marağı dəfələrlə artıb.
Eləcə də bax: Azərbaycanda mina aşkarlayan robot hazırlanıb - FOTO
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev deyib.
O bildirib ki, Azərbaycan istehsalı olan silahların ixracı ilə bağlı sifarişlər həddindən artıq çoxdur: "Bunu nəzərə alaraq ADEX sərgisində 179-dan çox Azərbaycan silahı, o cümlədən sınaqdan çıxmış silahlar nümayiş etdirilir. Bəzi silahlar isə sərgiyə çıxarılmayıb.
Nazir həmçinin, müdafiə sənayesi sahəsində yeni müəssiələr yaradıldığını bildirib. (Apa)