“Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunun gələn il işə salınması planlaşdırılır”.
Putin: “Akkuyu AES-in ilk enerji blokunun gələn il işə salınması planlaşdırılır”
FED.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Soçidə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
“Gələn il biz birinci bloku işə salacağıq. Burada əməkdaşlığımızı davam etdirmək üçün maraqlı mümkün variantlar var”, - deyə Putin bildirib.
Rusiya Prezidenti əlavə edib ki, nüvə yanacağının ilk partiyasının Akkuyuya çatdırılmasından sonra Türkiyə sözün tam mənasında beynəlxalq nüvə dövlətləri klubuna üzv olub.
Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Ankara və Moskva Sinopda görünə biləcək ikinci AES-in planlarını müzakirə etməyə hazırdır. Akkuyu ilə bağlı R.T.Ərdoğan vurğulayıb ki, elektrik stansiyasının tikintisi üzrə işlər müvəffəqiyyətlə davam edir.
Qeyd edək ki, Akkuyu Türkiyənin ilk atom elektrik stansiyasıdır və hər birinin gücü 1200 MVt olan dörd enerji blokundan ibarət olacaq. Layihəni tam şəkildə Rusiya tərəfi maliyyələşdirir – “Rosatom” dövlət korporasiyası layihədə 100% paya malikdir, dəyəri 20 milyard dollardır. AES-in tikintisinə 2018-ci ilin aprelində başlanılıb. Bu il Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin "Akkuyu"ya ilk yanacaq partiyasının təslim mərasimini keçirib. (Report)