İqtisadiyyat Nazirliyinin Pirallahı Sənaye Parkının rezidenti, bir qədər əvvəl ləğv olunduğunu elan etmiş "Caspian Pharmed” QSC-nin rezidentlik statusu ləğv olunub.
Eləcə də bax: Sumqayıt Kimya Sənaye Parkının rezidentinin nizamnamə kapitalı artırılıb
FED.az xəbər verir ki, bununla da, Parkın rezidentlərinin sayı 5-dən 4-ə, Azərbaycandakı sənaye parklarının rezidentlərinin sayı isə 31-dən 30-a düşüb.
Xatırladaq ki, "Caspian Pharmed" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 668 min manatdır. Şirkətin səhmlərinin 49%-i İranın TPİCO şirkətinə, 26%-i "Azərsun Holdinq" MMC-yə, 25%-i isə İqtisadiyyat Nazirliyi yanında "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə məxsusdur. Kommersiya qurumu Pirallahı Sənaye Parkında Almaniya (Glatt, BauschStroebel, L.B.Boehle), İtaliya (Marchesini, Korsch) şirkətlərinin texnologiyaları əsasında ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal etməli idi.(Report)