Pirallahı Sənaye Parkının rezidenti - “Absheron Saffron Ltd” MMC-nin direktoru Həbib Yüzbaşiyev vəzifəsindən azad edilib.
Eləcə də bax: Azərbaycanın məşhur zavodu mənfəətlə işləməyə - Başlayıb
FED.az xəbər verir ki, şirkətə rəhbərlik Rahib Kəlbiyevə həvalə edilib.
Bundan başqa, kommersiya qurumunun nizamnamə kapitalı kəskin artırılaraq 400 manatdan 180 400 manata çatdırılıb.
Xatırladaq ki, “Absheron Saffron Ltd” 2016-cı ildə yaradılıb, 2019-cu ildə ona rezidentlik statusu verilib. Müəssisə Pirallahıda İtaliya və Türkiyə texnologiyaları ilə zəfərandan mürəbbə, limonad, qurudulmuş zəfəran istehsal edir. (Report)