“Falck” MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 7-yə çatıb.
1,4 milyon manatlıq yeni rezident qeydiyyatdan keçib - SUCUQ İSTEHSAL EDƏCƏK
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, müəssisədə qan depolama və test qablarının istehsalı həyata keçiriləcək. İnvestisiya həcmi 4 milyon manat olan müəssisədə 40 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.