İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkında investisiya həcmi 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Agentlikdən FED.az-a bildirilib ki, sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 43 milyon manatdan çox investisiya yatırılıb, 160-dan çox daimi iş yeri yaradılıb.
Pirallahı Sənaye Parkında indiyədək 61 milyon manatlıq məhsul istehsal edilib.
Qeyd edək ki, Pirallahı Sənaye Parkı dövlət başçısının 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılıb. Park 30 hektar ərazini əhatə edir.