Banner

Sənaye

"Petkim" istehsal etdiyi məhsulları 80 ölkəyə ixrac edir

"Petkim" istehsal etdiyi məhsulları 80 ölkəyə ixrac edir | FED.az
10:15 30 Aprel 2019

Əsas payı SOCAR-a məxsus olan Türkiyənin "Petkim" neft-kimya kompleksi hazırda istehsal etdiyi məhsulu 78 ölkəyə ixrac edir.

FED.az xəbər verir ki, "Petkim"dən verilən məlumata görə, kompleks 60 fərqil məhsul növü istehsal edir. Müəssisədə istehsal olununan 60 fərqli məhsul Türkiyənin neft-kimya tələbatının təxminən 20%-ni ödəyir. Bundan başqa, sözügedən məhsullar 78 ölkəyə ixrac edilir. 

Qeyd edək ki, 2018-ci ildə "Petkim"in xalis mənfəəti 872 mln. türk lirəsi təşkil edib. Ötən il "Petkim Holding A.Ş"ın dövriyyəsi 9,3 mlrd. lirə olub, aktivləri isə 62% artaraq 12,6 mlrd. lirəyə çatıb.

Bundan başqa, ötən il "Petkim"in məhsul satışı 1,8 mln. ton təşkil edib ki, məhsulun 939 min tonu Türkiyə bazarında satılıb, 880 min tonu isə ixraca yönəldilib.

Öatırladaq ki, SOCAR "Petkim Holding"də 51% paya malikdir.

Eləcə də bax: SOCAR ilin sonuna neftin qiymətində artım gözləyir

Digər xəbərlər

Banner