Vüqar Abbasov “Pepsi” alkoqolsuz içkilərinin Azərbaycanda istehsalçısı olan “Mars Overseas Baku LTD” Məhdud Məsuliyyətli Müəssisəsi rəhbərliyinə gətirlib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Vüqar Abbasov bu vəzifəyə 2020-ci ilin yanvarında təyin edilib.
Eləcə də bax: “Dəmirbank”ın sabiq rəhbəri Müşahidə Şurasına - SƏDR SEÇİLDİ - TƏYİNAT
Dəqiq olaraq V.Abbasov “Mars Pversees Baku LTD”də Baş əməliyyatçı inzibatçısı və İdarə Heyəti üzvü təyin edilib.
“Mars Overseas Baku LTD” 1994-cü ildən dövlət qeydiyyatlna alınıb və şirkətin nizamnamə kapitalı 13,12 milyon manatdır.
O, buna qədər 2011-ci ildən Azərbaycanda dövlət qeydiyyatına alınan “ALKE İnşaat Sanaye və Ticaret” ASC şirkətində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.