FED.az PepsiCo-nun press-relizinə istinadən xəbər verir ki, Şirkət yenilənmiş Pepsi loqosunu təqdim edib.
Azərbaycanın 20 milyonluq şirkəti - “PEPSİ” ŞİRKƏTİNƏ BİRLƏŞİR
"Yeni Pepsi loqotipi və vizual identifikasiya sistemini təqdim edir - son 14 ildə qlobus formasında simvolik Pepsi loqotipinin ilk yenilənməsidir", - məlumatda deyilir.
Şirkət aydınlaşdırır ki, yeni dizayn, Pepsi bu payızda brendin 125 illik yubileyi qeyd edilən zaman Şimali Amerikada, 2024-cü ildə isə bütün dünyada təqdim edəcək.
PepsiCo-nun baş dizayneri Mauro Porcini bildirib ki, yeni loqo “daha çox enerji, inam və cəsarət ruhlandırmalıdır”.
PepsiCo Inc. Pepsi, 7up, Mirinda, Diet Pepsi, Lay's, Cheetos, Doritos və bir sıra başqa brendlərin sahibidir. (Marja)