Pakistanın IBL şirkəti Azərbaycanın sənaye zonalarına investisiya yatıra bilər.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata görə, qurumun İdarə Heyətinin sədri Elşad Nuriyevlə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və bu ölkənin ən böyük şirkətlərindən olan "IBL Qrup"un baş icraçı direktoru Seyid Nadim Əhməd arasında görüş keçirilib. Görüşdə pakistanlı iş adamları Azərbaycanın sənaye zonalarına sərmayə qoymağa dəvət edilib, IBL-in sənaye zonalarında əczaçılıq sənayesi üzrə investisiya yatırmaqda maraqlı olduğu diqqətə çatdırılıb, həmçinin Pirallahı Sənaye Parkının rezidentləri ilə birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.