İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov Pakistanın “Searl” əczaçılıq şirkətinin baş icraçı direktoru Səid Nadem Əhməd və “Mercury ME DMCC” şirkətinin baş icraçı direktoru Yusif Asifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanda halal dərman istehsalı ilə bağlı qaydalar hazırlanıb və hökumətə təqdim olunub
Agentlikdən FED.az-a verilən məlumata görə, görüşdə ölkədə mövcud sənaye parkları, burada sahibkarlar üçün yaradılan investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.
“Searl” şirkətinin baş icraçı direktoru Pirallahı Sənaye Parkında investorlar üçün yaradılan biznes imkanlarından yararlanmaqla dərman vasitələrinin istehsalı müəssisəsinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb.