“Yaxın vaxtlarda Xankəndi şəhərində tekstil istehsalının açılması gözlənilir. Layihəni Özbəkistan şirkəti həyata keçirir”.
Özbəkistan – Azərbaycan əməkdaşlığı üçün 5 milyonluq - TƏDBİRLƏR TƏŞKİL OLUNACAQ
FED.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə baş tutan Özbəkistan-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən digər layihələrdən də söz açan nazir özbək xalqının hədiyyə etdiyi — Füzuli şəhərində ötən il istifadəyə verilən Mirzə Uluqbəy adına məktəbə görə minnətdarlığını bildirib.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








