2024-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 10 müəssisə fəaliyyətə başlayıb.
Sənaye zonalarında indiyədək həyata keçirilən məhsul satışı açıqlandı - MƏBLƏĞ
FED.az xəbər verir ki, agentliyin məlumatına görə, fəaliyyətə başlayan müəssisələr tərəfindən sənaye zonalarına ümumilikdə 48,6 milyon manat investisiya yatırılıb, 379 daimi iş yeri yaradılıb.
Bu müəssisələr avtomatlaşdırma və telemexanika sistemlərinin, elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların, məsaməli hörgü bloklarının, dam və fasad örtüklərinin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının, divar kağızlarının, müxtəlif növ ayaqqabıların və s. məhsulların istehsalı ilə məşğul olurlar.