Norveç Türkiyəyə qarşı 2019-cu ildən qüvvədə olan müdafiə sənayesi məhsullarının ixracına embarqonu aradan qaldırıb.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli özünün “X” hesabında yazıb.
O bildirib ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eyde türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı zamanı məlumat verib:
“Xarici işlər nazirimiz Hakan Fidan isə bu qərardan məmnunluğunu ifadə edib. O bildirib ki, bu tipli məhdudiyyətlər müttəfiqlik münasibətlərinin ruhuna uyğun deyil”. (Apa)