Şirkət mətbuat işçilərinin peşə bayramını təntənəli qeyd edib.
FED.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının idarə heyətinin üzvləri və müxtəlif media qurumlarından jurnalistlər iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Norm-media münasibətlərindən və brendin tanınmasında medianın rolundan danışılıb. Norm şirkətinin Baş icraçı direktoru Henning Sasse çıxış edərək, jurnalistlərə xoş arzularını çatdırıb və şirkətin media ilə əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib.
Daha sonra, “Norm” ASC-nin bu il Azərbaycan Sement İstehsalçıları Assosiasiyası tərəfindən irəli sürülən “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulmasından bəhs edən Baş icraçı direktor jurnalistləri layihə ilə bağlı əməkdaşlığa və informasiya mübadiləsinə dəvət edib.
Milli Mətbuat Günü tədbirinin proqramına intellektual oyun, musiqi və şoular daxil edilib. İştirakçılar tədbiri yüksək qiymətləndiriblər.