Bakıda Norm Sement şirkətinin ev sahibliyi ilə beton sahəsinə həsr olunmuş beynəlxalq “ICCX Academy Baku” konfransı və sərgisi ise baslayib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, platformanın təşkil olunmasında məqsəd Norm ölkənin inşaat sənayesinin peşəkarlarını bir araya gətirərək, yerli və beynəlxalq təcrübələrin qarşılıqlı paylaşılması üçün mühit yaratmaqdir.
Müasir beton texnologiyaları və inşaat sahəsindəki qabaqcıl trendləri ön plana çıxaran tədbirdə bir çox əhəmiyyətli mövzular müzakirə edilir. Konfransda Azərbaycanın inşaat sənayesinin gələcəyində innovasiyaların və dayanıqlı inkişafın rolu, əsas inşaat materialı kimi betonun əhəmiyyəti, eləcə də müasir beton istehsalında tətbiq olunan yanaşmalar və praktik həllərdən danışılır. Eyni zamanda, Avropa və Şərq ölkələrinin qabaqcıl təcrübələri bölüşülərək regional və beynəlxalq baxış bucaqları bir araya gətiriləcək. Konfransla yanaşı sərgi iştirakçısı olan 20-yə yaxın beynəlxalq şirkət öz məhsul və xidmətlərini ziyarətçilərə təqdim edilir.
Zəngin bilik və təcrübələrin bölüşüldüyü “ICCX Academy Baku” beynəlxalq beton konfransı və sərgisi Azərbaycanda keçirilən və Norm şirkətinin ev sahibliyi etdiyi üçüncü belə tədbirdir. Bundan öncə 2019 və 2023-cü illərdə keçirilmiş tədbirlər beton və inşaat sahəsinin yerli və beynəlxalq mütəxəssislərini bir araya gətirərək, sənayedəki yeniliklərlə bağlı məlumat mübadiləsinə şərait yaratmışdı. Bu dəfə də “ICCX Academy Baku” sektorun gələcəyinə yön verən yeni ideyaların və innovativ yanaşmaların müzakirəsini dəstəkləyən peşəkar dialoq platforması rolunu oynayır.
Qeyd edək ki, “Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.



![Norm Sement şirkətinin təşkilatçılığı ilə Bakıda beynəlxalq beton konfransı və sərgisi keçilir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3453612.jpeg)
![Norm Sement şirkətinin təşkilatçılığı ilə Bakıda beynəlxalq beton konfransı və sərgisi keçilir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2128476.jpeg)
![Norm Sement şirkətinin təşkilatçılığı ilə Bakıda beynəlxalq beton konfransı və sərgisi keçilir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3514461.jpeg)
![Norm Sement şirkətinin təşkilatçılığı ilə Bakıda beynəlxalq beton konfransı və sərgisi keçilir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/1979821.jpeg)
![Norm Sement şirkətinin təşkilatçılığı ilə Bakıda beynəlxalq beton konfransı və sərgisi keçilir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4910192.jpeg)
![Norm Sement şirkətinin təşkilatçılığı ilə Bakıda beynəlxalq beton konfransı və sərgisi keçilir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2839312.jpeg)







