İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində indiyədək 210 milyon manatdan çox məhsul istehsal edilib, bunun da 1,37 milyon manatlıq hissəsi ixracın payına düşür.
İZİA-dan FED.az-a bildirilib ki, 2024-cü ildə 2023-cü illə müqayisədə 5 dəfə çox, yəni 60 milyon manatlıq məhsul satışı həyata keçirilib.
Sənaye Məhəlləsində ümumi investisiya həcmi 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və 5-i istehsal fəaliyyətinə başlayıb.
Bugünədək sənaye məhəlləsinə sahibkarlar tərəfindən 49,5 milyon manat investisiya yatırılıb, 300-dən artıq daimi iş yeri yaradılıb, növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 200-ə yaxın iş yerinin də yaradılması nəzərdə tutulur.