Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 22 023,5 min ton xam neft hasil edilib.
ELƏCƏ DƏ BAX : “Zenith Energy” Azərbaycanda quruda neft hasilatını - SUTKADA MİN BARELƏ ÇATDIRACAQ
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu həcmdə xam neftin 21 975,2 min tonu əmtəəlik xam neft olub.
Neft hasilatı ötən ilin müvafiq dövründən 2,5% azalıb.
Hesabat dövründə ölkədə qaz hasilatının həcmi isə 20 316,8 mln. kubmetr olub ki, onun da 14 032,3 mln. kubmetrini əmtəəlik qaz təşkil edib.
Bu ilin yeddi ayı ərzində ümumilikdə qaz hasilatı ötən ilin müvafiq dövründən 19,9%, əmtəəlik qaz hasilatının həcmi isə 34% çox olub.