Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır.
Ağdam Sənaye Parkında bu il 5-dən çox müəssisə fəaliyyətə başlayacaq
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 28-də Şuşada keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda keçirilən tədbirdə deyib.
"Məqsəd Qarabağın bərpası və yenidən qurulmasıdır. İşğaldan azad edilmiş ərazilərdə yaradılan iş yerlərinin çox hissəsi özəl sektorun payına düşür", - deyə nazir qeyd edib. (Azərtac)