Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentləri tərəfindən parkın ərazisində həyata keçirilən layihələrə $2,8 milyard vəsait yatırılıb.
Eləcə də bax: Niyazi Səfərov: "Sənaye parklarında ixtisarlar yoxdur"
FED.az xəbər verir ki, bu barədə “SKSP” MMC-nin direktoru Nazim Talıbov məlumat verib.
“Hazırda SKSP-nin rezidenti olan 22 şirkət tərəfindən layihələrə $3,1 milyard yatırılmalıdır. Bu günədək faktiki olaraq $2,8 milyard vəsait qoyulub”, - deyə o, bildirib.
Direktorun sözlərinə görə, hazırda parkın ərazisində 14 müəssisə fəaliyyət göstərir. «2020-ci ilin sonunadək daha 2 müəssisə (“Azərxalça” və “Archi Glass” – İF) işə salınacaq və fəaliyyət göstərən müəssisələrin ümumi sayı 16-ya çatacaq», - deyə N.Talıbov əlavə edib.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
İnterfaks