MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri, dərnək üzvləri və Gənc MÜSİAD Azərbaycan rəhbəri Sərxan Sultanlı İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyevi ziyarət edib.
FED.az xəbər verir ki, görüş zamanı iki qurumun fəaliyyətləri və planları haqqında məlumat verilib.
Sənaye parkları və sənayə məhəllələrinə Türkiyədə fəaliyyət göstərən sərmayəçi və istehsalçıların cəlb edilməsi mövzusunda müzakirələr aparılıb, bu mövzuda birlikdə hərəkət edilməsinə qərar verilib.
Məlumata əsasən, 2021-ci ildə MÜSİAD tərəfindən Azərbaycanda təşkil edilən və 575 sahibkarın qatıldığı Beynəlxalq Biznes Forumunda (İBF) bəlirlənən "Azərbaycan - Asiyanın incisi, 300 milyona açılan qapı" hədəfinə uyğun olaraq MÜSİAD Azərbaycan bununla bağlı fəaliyyətlərini davam etdirməkdədir.
Bundan əlavə, Azərbaycanda fəliyyət göstərən mebel istehsalçılarının istehsalat yeri tapma problemi və yaşadıqları çətinlikləri aradan qaldırmaq üçün müzakirələr aparılıb.
Son olaraq, iki qurum arasında birgə iş birlikləri müzakirə edilərək gələcəkdə edilməsi planlanan fəaliyyətlər haqqında fikir mübadiləsi aparılıb. (Trend)