Dekabrın 27-də Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzində təhsil müəssisəsinin kollektivi üçün “Müəllim-tələbə münasibətlərinin qurulması” mövzusunda təlim təşkil edilib. Təlim Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi, psixoloq Hüseyn Xəlilov tərəfindən keçirilib.
FED.az xəbər verir ki, tədbirdə iştirakçılara müəllim-tələbə ünsiyyətinin düzgün qurulması, tələbələrə fərdi yanaşma qaydaları və xarakterlərin müəyyən edilməsi və s. istiqamətlərdə məlumat verilib.
Sonda təlim iştirakçıları ilə müzakirələr aparılıb və suallar cavablandırılıb.